Azərbaycan ilə İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

21:04 - 21 / 10 / 2017
Azərbaycan ilə İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Bakı şəhərində Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

1news.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq keçirilən danışıqlar zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi  təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Babək Cahandarov

Paylaş:
921

Son xəbərlər

Bütün xəbərlər