Rauf Əliyev ardıcıl 3-cü oyunda qol vurub | 1news.az | Xəbərlər
Futbol

Rauf Əliyev ardıcıl 3-cü oyunda qol vurub

17:27 - 22 / 10 / 2017
Rauf Əliyev ardıcıl 3-cü oyunda qol vurub

Albaniya çempionatında VII turun oyunları keçirilir.

1news.az-ın məlumatına görə, milli komandamızın sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi”  səfərdə “Luftetari” ilə qarşılaşıb.

Görüş Raufun komandasının böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Qarşılaşmaya start heyətində başlayan Əliyev 73-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Raufun “Kukesi”nin heyətində ardıcıl 3-cü qoludur.

Qeyd edək ki, “Kukesi” 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
860

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər