Novruz Məmmədov: "Heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir" | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: "Heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir"

13:46 - 23 / 10 / 2017
Novruz Məmmədov: "Heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir"

“Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Amma təəssüflər olsun ki, AŞ PA və digər belə qurumlar ədaləti kiçik geosiyasi maraqlara qurban verirlər”.

1news.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov jurnalistlərə deyib.

N.Məmmədov bildirib ki, ədalətin olmadığı yerdə isə Qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz: “Ədalət yoxdursa, insan haqları, azadlıqları məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların ədalətli olmasını istəyir: “Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür. Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir”.

N.Məmmədov qeyd edib ki, 21-ci əsrdə, insan intellektinin ən yüksək inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasında baş verən proseslər göz önündədir: "İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, amma bu barədə danışan yoxdur. Amma bu proseslər öz-özünə baş vermir. Belə olan halda isə təkcə bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və həmin böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər. 20-ci əsrdə iki dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".

N.Məmmədov Azərbaycanın Avropa Şurasından (AŞ) çıxıb-çıxmaması məsələsi haqqında da danışıb: "Söhbət ondan gedir ki, buna Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir və lazım bildiyi zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər. Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz".

1news.az  

 

 

Paylaş:
1383

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər