Bakıya getmək istəyən qadın Azərbaycan səfirliyinə hücum edib
Moskvada sərxoş qadın zorla Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışıb.
1news.az “capost.media” saytına istinadla xəbər verir ki, yerli sakin Olqa Pukina iş saatının bitməsinə baxmayaraq səfirliyin qapısını möhkəm döyüb və binaya daxil olmaq istəyib.
Mühafizəçilər ona sabah iş vaxtı gəlməsini başa salmağa çalışsalar da, qadın Bakıya getmək istədiyini bildirərək müqavimət göstərib.
Bundan sonra polisə məlumat verilib və hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları onu xuliqanlıq əməllərinə görə saxlayıblar.
781