Jurnalist bıçaqlandı - FOTO
Bu gün naməlum şəxs "Exo Moskva” radiostansiyasının redaksiyasına daxil olaraq aparıcı Tatyana Felqenhauerə xəsarət yetirib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, xanım aparıcı boğazından bıçaqlanıb.
Hadisəni törədən şəxsin saxlanıldığı, jurnalistin vəziyyətinin orta ağır olduğu, həyatına təhlükənin olmadığı bildirilir. Məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
P.Sultanova
873