“Azgidasert” MMC sertifikatlaşdırma sahəsində fəaliyyətini genişləndirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azgidasert” MMC sertifikatlaşdırma sahəsində fəaliyyətini genişləndirir

14:30 - 23 / 10 / 2017
“Azgidasert” MMC sertifikatlaşdırma sahəsində fəaliyyətini genişləndirir

Kənd təsərrüfatı və yeyinti məhsullarının sertifikatlaşdırılması üzrə ixtisaslaşmış “Azgidasert” MMC 2016-cı ildə akkreditasiyadan keçib.

Ərzaq və kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması üzrə ölkənin ən aparıcı sertifikatlaşdırma orqanı olan “Azgidasert” MMC bu sahədə geniş akkreditasiya sahəsinə malik olmaqla ət, balıq və toyuq məhsullarının, bütün növ un və un məmulatlarının, şəkər və qənnadı məmulatlarının, süd və süd məhsullarının, spirtli və spirtsiz içkilərin, tütün və tütün məmulatlarının, bütün növ kənd təsərrüfatı məhsullarının və digər qida mənşəli məhsulların sertifikatlaşdırılması həyata keçirir.

“Azgidasert” MMC öz fəaliyyətində əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühüt üçün təhlükəli olan məhsulların istehsalının (idxalının) və satışının qarşısının alınması, respublikada müəssisələrin və sahibkarların beynəlxalq, iqtisadi, elmi - texniki əməkdaşlıqda, həmçinin daxili bazarda və ticarətdə iştirakı üçün əlverişli şəraitin yaradılması və rəqabətliliyin inkişaf etdirilməsi, istehlakçılara məhsulların səriştəli seçilməsində köməklik göstərilməsi kimi məsələləri rəhbər tutur.

Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq şirkət böyük uğurlara imza atıb. Belə ki, cari ildə “Azgidasert” MMC Latviya Akkreditasiya Təşkilatı (LATAK) tərəfindən İSO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara dair tələblər” standartına uyğun olaraq beynəlxalq akkreditasiyadan keçirilib. Bunun nəticəsində “Azgidasert” MMC tərəfindən məhsullara verilən uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasına nail olunub.

“Azgidasert” MMC-nin beynəlxalq akkreditasiyadan keçməsi ölkə başçısı İlham Əliyevin yerli məhsulların xarici bazarlara çıxışının asanlaşdırılması, onların rəqabətqabiliyyətliliyinin artırılmasının təmin edilməsi ilə bağlı göstərişlərinə töhfə kimi qiymətləndirilir.

Qeyd edək ki, “Azgidasert” MMC keyfiyyət infrastrukturunun uyğunluğun qiymətləndirilməsi sahəsində beynəlxalq akkreditasiyadan keçən ilk yerli sertifikatlaşdırma orqanıdır.

Ümumiyyətlə “Azgidasert” MMC öz fəaliyyətinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasında fəal iştirak edir, ekspertlərinin xarici ölkələrdə seminar və təlimlərdə iştirakını təmin edir.

Hazırda “Azgidasert” MMC qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinin sertifikatlaşdırıması sahəsində də beynəlxalq akkreditasiyadan keçmək istiqamətində tədbirlər görməkdədir.

Fəaliyyətə başladığı vaxtdan “Azgidasert” MMC kənd təsərrüfatı və yeyinti məhsulları sahəsində istehsal, idxal və ixrac fəaliyyəti ilə məşğul olan ən nüfuzlu şirkətlərə sertifikatlaşdırma xidməti göstərir. Bunlara misal olaraq “Engin” MMC, “İntend” MMC, “Veyseloglu” MMC, “Araz Supermarket” MMC, “Azərbaycan Supermarket” MMC, “Bazarstore” MMC, “MC Donalds Azerbaijan” MMC, “Danone” MMC, “Barjomi Azerbaijan” MMC, “Humana Az” MMC, “Pepsi Co” MMC, “Krokus” MMC, “Filuet Azerbaycan” MMC, “AzRoshen” MMC ve digər böyük şirkətləri göstərmək olar.

“Azgidasert” MMC-nin əməkdaşlıq etdiyi şirkətlərin sayının davamlı olaraq artması sertifikatlaşdırma orqanının sahibkarlara göstərdiyi yüksək xidmətin göstəricisidir.

“Azgidasert” MMC kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarları məhsullarının sertifikatlaşdırılması məsələlərində əməkdaşlığa dəvət edir və göstəriləcək xidmətdən razı qalacaqlarına zəmanət verir.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi 7H

Telefon: (012) 567 11 06, (012) 480 06 38, (070) 233 39 79

Email: [email protected]

Web site: www.azgidasert.az

Reklam hüququnda 

 

Paylaş:
3199

Son xəbərlər

Bütün xəbərlər