Brüsseldə separatizmin yaratdığı təhdidlərə dair beynəlxalq forum keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Brüsseldə separatizmin yaratdığı təhdidlərə dair beynəlxalq forum keçiriləcək

14:56 - 23 / 10 / 2017
Brüsseldə separatizmin yaratdığı təhdidlərə dair beynəlxalq forum keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə noyabrın 20-21-də Belçika Krallığının Brüssel şəhərində "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçiriləcək.

1news.az-a Komitədən verilən məlumata görə,  forumda bir çox ölkələrin parlament üzvləri, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış ekspertlərin iştirakı ilə etnik separatizmin dünyanın müxtəlif regionlarında sülhə və sabitliyə yaratdığı təhlükələrlə bağlı məruzələr dinləniləcək, müasir dövrdə regional və qlobal səviyyədə dövlətlərin ərazi bütövlüyünün pozulması halları, separatizmin nəticəsi olaraq meydana çıxan münaqişələr və separatizm meyllərinin qarşısının alınması yolları müzakirə ediləcək.

Forumun əsas panel iclası Avropada separatizm mövzusuna həsr ediləcək. İclasda Avropada separatizm dalğasının səbəb və nəticələri, eləcə də, bu meyllərin qitənin iqtisadi və siyasi gələcəyi üçün yaratdığı təhlükələr, problemin həlli yolları, separatizmə məruz qalmış ölkələrin təcrübəsi, beynəlxalq hüquqda separatizmin qarşısının alınması üçün mövcud alət və mexanizmlər, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı və s. mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Paneldə Ukrayna, Moldova, İsrail dövlətlərinin sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir.

Forum çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca panel iclasın keçirilməsi də nəzərdə tutulur.  Müzakirələr “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında əsas maneə kimi” kontekstində aparılacaq. Paneldə münaqişənin nizamlanma prosesi ilə bağlı mövcud vəziyyət, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində hazrıkı durum, diaspor təşkilatlarının bu sahədə fəaliyyəti, qarşıya çıxan problemlər müzakirə edilcək. Həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dair yeni strateji hədəfləri, ideoloji prinsipləri, siyasi taktikasını müəyyən edən fəaliyyət planı və onun həyata keçirilməsi mexanizmləri ilə bağlı ideya və təkliflər dinləniləcək.

Forumda Azərbaycan Respublikasının dövlət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Parlamenti habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV nümayəndələrindən ibarət 300 nəfərə yaxın nümayəndənin iştirakı planlaşdırılır.

Tədbir çərçivəsində Avropa Parlamentinin üzvlərinin, habelə Avropa İttifaqına üzv ölkələrin deputatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Forumun yekununda isə Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri, xarici qonaqların iştirakı ilə mətbuat nümayəndələri üçün brifinqin keçirilməsi planlaşdırılır.

 P.Sultanova

 

Paylaş:
702

Son xəbərlər

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15
Bütün xəbərlər