Misirdə Dünya Gənclər Forumu keçiriləcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Misirdə Dünya Gənclər Forumu keçiriləcək - FOTO

15:07 - 23 / 10 / 2017
Misirdə Dünya Gənclər Forumu keçiriləcək - FOTO

Noyabr ayının 4-də Misirdə Dünya Gənclər Forumuna start veriləcək.

1news.az-a Misirin Bakıdakı səfirliyinin Təhsil və Mədəniyyət Əlaqələri Mərkəzindən verilən məlumata görə, üç min qonaq dünyanın hər tərəfindən Şarm əl-Şeyx şəhərində bir araya gələcək. Dünyanın bütün qitələrindən olan gənclər təşkilatları və dövlət başçıları, beynəlxalq səviyyəli şəxsiyyətlər də forumda iştirak edəcək.

Forumun rəsmi açılışı Orta Şərqdə ilk dəfə olaraq dəniz kənarında Qahirə universitetinin künbəzinə bənzər bir künbəz altında baş tutacaq. Künbəzin üstündə üzərində nümayiş üçün monitorlar olan böyük qlobus yerləşdirilib.

Forum Misirdən böyük bir mədəniyyət mesajını təmsil edir. O, Misir xalqının, xüsusən də, gənc nəslin insan və mədəniyyət ünsiyyətinin dəyərlərinə əhəmiyyət verdiyini ortaya çıxarır.

Forumda davamlı inkişafın məqsədlərinə nail olmaq üçün beynəlxalq təcrübə, sahibkarlıq sahəsində ixtiraçı gənclərin təcrübələrinin təqdimatı, texnologiyaların gənclərə təsiri, qərar qəbul edən dairələrdə qadınların rolu və siyasi, sosial və iqtisadi iştirakın necə təşviq edilməsi məsələləri nəzərdən keçiriləcək. Forum noyabrın 9-da yekunlaşacaq.

Misirin prezidenti Əbdul Fəttah əs-Sisi Misir gənclərinin bu forumu layiqli şəkildə heç bir dövlətin təcrübəsindən istifadə etmədən təşkil edəcəklərinə tam əmin olduğunu və bunun da böyük bir cəsarətə malik olduğunu göstərdiyini söyləyib.

P.Sultanova

Paylaş:
1262

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər