Müdafiə Nazirliyi: Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları görünür
Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür.
1news.az xəbər verir ki, bunu Müdafiə Nazirliyindən Ermənistan mətbuatında Azərbaycan Ordusu tərəfindən “Spayk” raket komplekslərindən istifadə olunması ilə bağlı gedən xəbərlərə münasibət bildirərkən deyiblər.
“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür.
Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır”- deyə, Müdafiə Nazirliyindən bildiriblər.
Babək Cahandarov