Əlilliyi olan şəxslərin V Ümumrespublika yarışları keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlilliyi olan şəxslərin V Ümumrespublika yarışları keçiriləcək

14:28 - 24 / 10 / 2017
Əlilliyi olan şəxslərin V Ümumrespublika yarışları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ay Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarına başlanacaq.

1news.az-ın məlumatına görə, “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçiriləcək yarışların təşkilində məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana, o cümlədən stolüstü idman oyunlarına maraqlarının dolğun şəkildə təmin olunması, bu sahədə bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi, onlar arasında idmanın və sağlam həyat tərzinin təbliği, cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə yarışların təşkili üzrə Təşkilat Komitəsinin və Hakimlər Heyətinin tərkibi təsdiq olunub. Yarışların idmanın nərd, dama, şahmat, stolüstü tennis, qol güləşi (armrestlinq) növləri üzrə və iki mərhələdə - zona və final turnirlərindən ibarət olmaqla təşkil edilməsi müəyyən edilib.

İlk zona türnirinin oktyabrın 27-də Xaçmaz rayonunda təşkil olunması nəzərdə tutulub. Zona turnirlərində fərqlənənlər IV Ümumrespublika yarışlarının final mərhələsində iştirak hüququ qazanacaq və 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində yarışların qaliblərinə mükafatlar təqdim olunacaq. Yarışlarda respublikanın ayrı-ayrı bölgələrində yaşayan  və yarışlarda iştirak etmək arzusunda olan ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq iştirak edəcək.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənƏlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə Ümumrespublika yarışları hər üç ildən bir təşkil olunur.

Babək Cahandarov

Paylaş:
651

Son xəbərlər

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15
Bütün xəbərlər