Beyləqanda evdən pul və danışıq kartları oğurlayan şəxs ələ keçdi
Polis əməkdaşları evdən pul və danışıq kartları oğurlayan şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 18-də rayonun Şərq qəsəbəsindəki evlərin birindən 4000 manat pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Şəmsi Əbilov tutulub.
1news.az
1105