Artur Rasi-zadə Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Artur Rasi-zadə Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

21:46 - 24 / 10 / 2017
Artur Rasi-zadə Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

Oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Pan-Afrika Parlamenti prezidentinin ölkəmizə ilk səfərinin qarşılıqlı faydalı əməkdaşlığımızın uğurlu başlanğıcı olacağına əminliyini bildirən Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Afrika İttifaqı arasında əlaqələrin davamlı inkişafı üçün iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə geniş potensialın mövcudluğunu qeyd edib. Baş nazir Azərbaycan və Afrika İttifaqı ölkələri arasında işgüzar əlaqələrin qurulması baxımından zəruri hüquqi bazanın yaradılması ilə yanaşı, iş adamlarının iştirakı ilə biznes forumların, konfransların, müxtəlif sərgilərin təşkilinin də vacib olduğuna diqqəti yönəldib.

Ölkəmizlə hərtərəfli əməkdaşlığa maraq göstərdiklərini deyən Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq səfər çərçivəsində keçirilən görüşlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. O, xüsusən Azərbaycanın brendi olan “ASAN xidmət” modeli ilə tanışlıq zamanı orada yaradılmış şəraitin və nümunəvi iş prinsipinin nümayəndə heyətində böyük maraq doğurduğunu deyib. Vaxtilə yüzlərlə afrikalının Azərbaycanda ali təhsil aldığını minnətdarlıqla xatırladan qonaq hazırda Bakıda təhsil alan afrikalı tələbələrlə görüşdən, tədris komplekslərində onlara yaradılan şəraitlə tanışlıqdan məmnun qaldıqlarını bildirib.

Görüşdə bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
691

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər