Yevlax sakininin avtomobilindən marixuana çıxdı
Oktyabrın 24-də saat 19 radələrində Yevlax rayon sakini Anar Rəşidzadənin idarə etdiyi “VAZ-21114” markalı avtomobil BDYPİ-nın Şəki şəhəri ərazisindəki stasionar postunda nəzarət qaydasında saxlanılıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, baxış zamanı oradan 290 qram marixuana aşkar edilərək götürülüb.
A.Rəşidzadə və sərnişinləri, Yevlax rayon sakinləri Arif Bəkirov, qardaşı Teymur Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarına təhvil veriliblər.
Araşdırma zamanı narkotok vasitənin A.Bəkirova məxsus olması müəyyən edilib.
Babək Cahandarov
584