Fransanın tanınmış akkordeon ifaçısı Bakıya gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransanın tanınmış akkordeon ifaçısı Bakıya gəlib

17:52 - 25 / 10 / 2017
Fransanın tanınmış akkordeon ifaçısı Bakıya gəlib

Bakıda səfərdə olan  Fransanın tanınmış akkordeon ifaçısı Rişar Qalyano jurnalistlərlə görüşüb.

1news.az xəbər verir ki, sənətçi festival çərçivəsində Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçiriləcək konsertdə çıxış edəcək.

İfaçı bildirib ki, Bakıya səfər etməkdən məmnundur və azərbaycanlı musiqiçilərlə birgə konsert verməyi səbirsizliklə gözləyir:"Artıq konsertin hazırlıqlarına başlamışıq. İnanıram ki, bu konsert uzun müddət caz pərəstişkarlarının yaddaşlarında qalacaq. Azərbaycan musiqiçiləri iıə tanışlığın məndə xoş təəssürat yaradacağına əminəm".
 
Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qeyd edib ki, bu festival ölkələr arasındakı mədəniyyət əlaqələrinin genişləndirilməsi üçün önəmlidir: "Bu il keçirilən festival bizim üçün xüsusi önəm daşıyır. Çünki bu festivalda bizi məşhur Rişard Qalyano təmsil edəcək. O, nəinki Fransada, dünyada caz janrının yaşayan əfsanəsidir".
 

Qeyd edək ki, Rişard Qalyanonun 50-dən çox diski işıq üzü görüb. O, 1997-ci ildə "Nyu-York Tango" albomuna görə Victoire de la Musique Jazz, incəsənət və ədəbiyyat üzrə Zabit Ordeni, eyni zamanda SACEM mükafatına layiq görülüb.

1news.az

 

Paylaş:
738

Son xəbərlər

Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18
Bütün xəbərlər