Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib

19:26 - 25 / 10 / 2017
Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq arzulayıram”.

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər