AFFA intizamsız klubları və futbolçuları cəzalandırıb | 1news.az | Xəbərlər
Futbol

AFFA intizamsız klubları və futbolçuları cəzalandırıb

21:24 - 25 / 10 / 2017
AFFA intizamsız klubları və futbolçuları cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

- Topaz Premyer Liqasının IX turunun “Səbail” – “İnter” matçında “Səbail” klubunun məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).

- Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “Zirə” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).

- Topaz Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).

- Əvəzedici heyətlərin IX turunun "Kəpəz" – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

- Stadionda tələb olunan bayraqlar olmadığına  görə "Kəpəz" klubu 400 manat cərimə olunur (maddə 68).

- Əvəzedici heyətlərin IX turunun “Qəbələ” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qəbələ” klubunun 89 №-li futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

- I Divizionun IV turunun “Xəzər” – MOİK matçında əvəzetmə tablosu və xərək daşıyan uşaqların olmamasına görə “Xəzər” klubu 160 manat cərimə olunur (maddə 60).

- I Divizionun IV turunun “Şüvəlan” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

- I Divizionun IV turunun “Zaqatala” – “Binə” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

- Oyunun 74-cü dəqiqəsində “Zaqatala” klubunun 3 №-li futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

1news.az

Paylaş:
500

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər