Aİ-nin yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Aİ-nin yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

09:59 - 25 / 10 / 2017
Aİ-nin yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Toivo Klaar bu ilin sonuna kimi Azərbaycana səfər edəcək.

1news.az-ın əldə etdiyi məlumata görə, hazırda yeni xüsusi nümayəndənin səfəri üzərində iş aparılır.

Xatırladaq ki, Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin qərarı ilə oktyabr ayında estoniyalı diplomat Toivo Klaar bu vəzifəyə təyin olunub.

O, 2013-2014-cü illərdə Gürcüstanda Avropa İttifaqı Monitorinq Missiyasına rəhbərlik edib.

Bundan əvvəl isə Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) insan resursları siyasəti və koordinasiya şöbəsinin rəhbəri

Avropa Komissiyasının 2005-2010-cu illərdə Estoniyadakı nümayəndəliyinin ilk rəhbəri olub.

Klaar Harvard Universitetinin Con F. Kennedi hökumət məktəbindən dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

O, yeni vəzifəsində Herbert Salberı əvəz edir.

P.Sultanova

Paylaş:
1042

Son xəbərlər

Bütün xəbərlər