Rusiya XİN-dən Azərbaycan və Ermənistana çağırış
Bakı və İrəvanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair həll edilməmiş məsələlər üzrə konstruktiv yanaşma göstərməyə çağırırıq.
1news.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova brifinqdə bildirib.
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə toxunan Zaxarova deyib ki, tərəflərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılaşmasını alqışlayırıq:
“Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyirik. Hazırda həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşü üzərində işləyir. Təəssüflər olsun ki, münaqişə zonasında vəziyyət mürəkkəb olaraq qalır. Bakı və İrəvanı razılaşdırılmamış məsələlərin həll yollarının tapılmasında konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq”.
P.Sultanova