Prezident İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

18:28 - 26 / 10 / 2017
Prezident İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əminəm ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”.

1news.az

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər