Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayır | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayır

09:15 - 26 / 10 / 2017
Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayır

Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir.

1news.az “news.am” a istinadla xəbər verir ki, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Endryu Şeffer deyib.

O qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayırlar: "ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar".

Onun sözlərinə görə, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiq olaraq qalır.

1news.az

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər