AİDA rəhbəri BMT-nin CERF Məşvərət Qrupunun görüşündə iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AİDA rəhbəri BMT-nin CERF Məşvərət Qrupunun görüşündə iştirak edib

10:14 - 26 / 10 / 2017
AİDA rəhbəri BMT-nin CERF Məşvərət Qrupunun görüşündə iştirak edib

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 24-25 oktyabr tarixlərində  BMT Baş katibi tərəfindən üzv seçildiyi BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupunun Nyu-Yorkda keçirilmiş növbəti görüşündə iştirak edib.

1news.az-a AİDA-dan verilən məlumata görə, görüşdə Baş katibin Humanitar məsələlər üzrə köməkçisi və Fövqəladə Hallar üzrə əlaqələndiricinin müavini Ursula Müller və Baş katibin İcraedici ofisində strateji koordinasiya üzrə köməkçisi Fabrizio Hochschild də iştirak edib və donor və yardım alan ölkələrin dövlət rəsmiləri, humanitar yardım agentliklərinin rəhbərləri və tanınmış ekspertlərindən ibarət olan Məşvərət Qrupu üzvləri ilə fikir mübadiləsi aparıb.

Görüş zamanı CERF-in fəaliyyət strategiyası, həmçinin, Fonda donor vəsaitlərinin daha effektiv şəkildə cəlb edilməsi və bu vəsaitlərin istifadəsi məsələləri nəzərdən keçirilib və bu xüsusda Məşvərət Qrupu tərəfindən müvafiq təkliflər hazırlanıb BMT Baş katibinə təqdim edilib.

P.Sultanova

Paylaş:
589

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər