Gədəbəydə 6 otaqlı ev yanıb
Gədəbəy rayonunda evlərdən birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonunun Gödəkdərə kəndində ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Babək Cahandarov
702