Heydər Əliyev Mərkəzində “İpək Yolu Odisseyi” sərgisinin açılışı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində “İpək Yolu Odisseyi” sərgisinin açılışı olub – FOTO

10:26 - 26 / 10 / 2017
Heydər Əliyev Mərkəzində “İpək Yolu Odisseyi” sərgisinin açılışı olub – FOTO

Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Hennessy X.O İpək Yolu Odisseyi” sərgisinin açılışı olub.

1news.az-ın məlumatına förə, sərginin açılışında çıxış edən “Hennessy Evi”nin prezidenti Bernard Peiyon  tarixi İpək Yolu ilə bağlı layihənin unikal memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkili üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

“Bu günün tarixçəsi İpək Yolundan başlayır. Böyük İpək Yolu 2000 ilə yaxındır ki, insanları, dəyərləri birləşdirir, insanları bir-birinə yaxın edir”-deyən cənab Peiyon bildirib ki, 7 müxtəlif ölkə, 7 müxtəlif şəhərdən olan 7 müxtəlif rəssam bu dəfə İpək Yolunu fərqli baxışlardan göstərməyə çalışıb.

Sərginin kuratoru, beynəlxalq insəcənət eksperti Erve Mikaelof 10 ilə yaxındır Heydər Əliyev Fondu ilə əməkdaşlıq etdiyi xatırladıb. O, ötən müddətdə reallaşan bir sıra layihələr çərçivəsində Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycan rəssamlarının Heydər Əliyev Fondunun sayəsində ölkənin müasir incəsənətini dünyada uğurla tanıtdığını deyən Erve Mikaelof görülmüş bütün bu işlərə görə Fondun Prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.

İnsanlar və mədəniyyətləri birləşdirən “İpək Yolu Odisseyi”ndə təmsil olunan Rəşad Ələkbərov bu layihənin maraqlı anlarla və təcrübələrlə yadda qaldığını deyib. “Regiona uyğun təbii materiallarla işləməyimiz də bizim üçün maraqlı idi”-deyə Rəşad Ələkbərov bidirib.

Qeyd edək ki, “Hennessy X.O” və “National Geographic” jurnalının təqdim etdiyi “İpək Yolu Odisseyi” Fransanın Konyak əyalətindən başlayıb. Bu yaddaqalan anları yaşamaq üçün Hennessy şirkətinin doğma şəhərinə dəvət olunmuş “İpək Yolu Odisseyi”nin 7 iştirakçı rəssamı 7 orijinal sənət əsəri yaradıb.

Burçak Bingöl (İstanbul), Roko İremaşvili (Tbilisi), Rəşad Ələkbərov (Bakı), Vyaçeslav Useynov (Daşkənd), Viktor Sirnev (Bişkek), Asxat Axmedyarov (Astana), Yin Xiuzhenin (Pekin) əsərləri oktyabrın 25-dən etibarən iki həftə ərzində Heydər Əliyev Mərkəzində təqdim olunacaq.

Babək Cahandarov

Paylaş:
671

Son xəbərlər

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15
Bütün xəbərlər