Səfir: Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artıb | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artıb

12:10 - 26 / 10 / 2017
Səfir: Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artıb

Bu ilin sonuna kimi Azərbaycan - Qazaxıstan hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

1news.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. O bildirib ki, iclasda iqtisadi əməkdaşlığın gücləndirilməsinə dair bütün sahələr üzrə müzakirələr aparılacaq:

“Prezident Nazarbayev iki ölkə arasında ticarət dövriyyəsinin iki dəfədən çox artırılması barədə tapşırıq verib. Birgə yol xəritəsi hazırlamışıq. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində azalma baş vermişdi. Bu da dünyadakı qlobal böhranla bağlıdır. Amma cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi 12-15 faiz artım baş verib.

P.Sultanova

Paylaş:
821

Son xəbərlər

Bütün xəbərlər