Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına gedir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına gedir

16:00 - 28 / 10 / 2017
Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına gedir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cari ilin 28 oktyabr - 3 noyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək.

Bu barədə  1news.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Səudiyyə Ərəbistanı Krallığının İslam Əlaqələri, Vəqflər, Dəvət və İrşad naziri Saleh bin Əbdüləziz bin Məhəmməd Al əş-Şeyxin dəvəti ilə baş tutacaq səfərin məqsədi iki ölkə arasında mövcud əlaqələrin genişləndirilməsi, dini ekstremizm və zorakılığın qarşısının alınması sahəsində birgə səylərin gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının İslam Əlaqələri, Vəqflər, Dəvət və İrşad naziri, Həcc naziri, eyni zamanda, Ümumdünya İslam Gənclər Assambleyası, Müsəlman Dünyası Liqası və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə yüksək səviyyəli görüşlərin keçirilməsi, bir sıra vəqf və mərkəzlərin ziyarət edilməsi planlaşdırılır.

Görüşlərdə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, bu il çərçivəsində görülən işlər, dünyada İslamın müsbət imicinin formalaşdırılması, həmçinin, Azərbaycanda mövcud olan nümunəvi tolerant və multikultural mühit modelinin İslam ölkələri tərəfindən öyrənilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

1news.az

 

Paylaş:
799

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər