Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

21:08 - 28 / 10 / 2017
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

1news.az-ın Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş X.Məmmədovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 23-nə təyin edilmiş iclasında baxılacaq.

Babək Cahandarov

Paylaş:
867

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər