Xızıda 120 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 120 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

14:35 - 29 / 10 / 2017
Xızıda 120 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, oktyabrın 28-də daxil olmuş zəngə əsasən Sitalçay kəndi ərazisində yerləşən 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 120 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 701 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 796 500 kv.m (79.65 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 56 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 13 669 ədəd partlamamış hərbi sursat (PHS), 5 887 ədəd partlamış-yanmış sursat qalıqları və 53 659 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 55 683 658 kv.m (5 568 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Babək Cahandarov

Paylaş:
738

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər