Göygöldə səyyar formada ödənişsiz tibbi müayinə aksiyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə səyyar formada ödənişsiz tibbi müayinə aksiyası keçirilib

21:22 - 30 / 10 / 2017
Göygöldə səyyar formada ödənişsiz tibbi müayinə aksiyası keçirilib

Oktyabrın 28-də “ASAN xidmət” və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöldə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.

Məlumata görə, aksiya çərçivəsində 550-ə yaxın vətəndaş müraciəti qeydə alınıb. Belə ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

1news.az

Paylaş:
855

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər