İtaliya mətbuatı Elmar Məmmədyarovun səfərindən yazıb
İtaliyanın aparıcı xəbər agentliklərindən olan “Agenparl” informasiya agentliyinin saytında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 24-25 oktyabr tarixlərində Siciliya regionunun Palermo şəhərində keçirilmiş ATƏT-in Aralıq dənizi Konfransında iştirak etmək üçün İtaliyaya səfərinə dair məqalə dərc olunub.
1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, məqalədə nazir Elmar Məmmədyarovun sözügedən konfransda etdiyi çıxışına geniş yer verilir, həmçinin səfər çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ancelino Alfano və Palermo şəhərinin meri Leolika Orlando ilə görüşləri və həmin görüşlərdə müzakirə olunan məsələlər barədə danışılır.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:
1news.az