Bakıda BMX üzrə Dünya Sınaq Yarışı keçirilib – FOTO | 1news.az | Xəbərlər
İdman

Bakıda BMX üzrə Dünya Sınaq Yarışı keçirilib – FOTO

15:41 - 30 / 10 / 2017
Bakıda BMX üzrə Dünya Sınaq Yarışı keçirilib – FOTO

2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar BMX Veloparkında Dünya Sınaq Yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından 1news.az-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında yer alan C1 kateqoriyasına malik yarışda Türkiyə, Fransa, Yaponiya, Rusiya Federasiyası, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları iştirak edib.

Sınaq yarışında qaliblər 4 kateqoriyada müəyyənləşib. Gənc oğlanların mübarizəsində Yaponiya təmsilçisi Asuma Nakay fəxri kürsün ən yüksək pilləsinə qalxıb. İtaliya velosipedçisi Ciakomo Qarqaliya 2-ci, Rusiya nümayəndəsi İlya Beskrovnıy isə 3-cü olub.

Gənc qızlar arasında da Yaponiya nümayəndəsi çempionluq sevinci yaşayıb – Sae Hatakeyama 1-ci, Rusiya idmançısı Varvara Ovçinnikova isə 2-ci yeri tutub.

Elit kateqoriyada yarışan qadınlar arasında Rusiya təmsilçiləri hamıdan güclü olublar. Natalya Afremova 1-ci, Yaroslava Bondarenko 2-ci, Natalya Suvorova 3-cü yeri tutub.

Kişilərin mübarizəsi isə Fransa təmsilçilərinin üstünlüyü ilə keçib. Andre Silven, Romen Maye və Jeremi Renkurel müvafiq olaraq Bakı Sınaq Yarışında 1-ci, 2-ci və 3-cü yerləri tutublar.

Qaliblərə mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüzeynzadə, Prezident Administrasiyasının Gənclər və İdman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.

Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir.

Babək Cahandarov

Paylaş:
1370

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər