Özbəkistanın Baş naziri Abdulla Aripov Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistanın Baş naziri Abdulla Aripov Azərbaycana səfərə gəlib

12:29 - 30 / 10 / 2017
Özbəkistanın Baş naziri Abdulla Aripov Azərbaycana səfərə gəlib

Özbəkistanın Baş naziri Abdulla Aripov oktyabrın 30-da Azərbaycana səfərə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Abdulla Aripovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

1news.az

Paylaş:
846

Son xəbərlər

Bütün xəbərlər