Ziyad Səmədzadə: BTQ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini daha da sürətləndirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ziyad Səmədzadə: BTQ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini daha da sürətləndirəcək

13:43 - 31 / 10 / 2017
Ziyad Səmədzadə: BTQ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini daha da sürətləndirəcək

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın tarixində ən parlaq hadisələrdən biridir. Bu layihənin reallaşması müstəqil Azərbaycanın əldə etdiyi böyük uğurlardandır.

1news.az xəbər verir ki,  bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Ziyad Səmədzadə deyib k, hər bir ölkənin özünün iqtisadi təhlükəsizliyini təmin etməsi üçün alternativ marşrutları olmalıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini daha da sürətləndirəcək, ölkəmizin nəqliyyat və iqtisadi əlaqələrinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək, Azərbaycanın regionda strateji tərəfdaş kimi rolunun daha da artmasına xidmət edəcək. Bütövlükdə bu dəmir yolu xətti Azərbaycanın dünyada rəqabətədavamlı ölkə kimi mövqeyini möhkəmləndirəcək.

Komitə sədri vurğulayıb ki, Qərbdən Şərqə və əks istiqamətdə yüklərin daşınması mərkəzində Azərbaycan dayanır. Bəzi mənfur qüvvələr, xaricdəki erməni lobbisi istəmirdi ki, bu yol çəkilsin, onlar bu istiqamətdə maneələr yaratmağa çalışırdılar. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasəti, əzmkarlığı, fədakarlığı bu yolun çəkilməsində mühüm rol oynadı. Qədim İpək Yolunun bərpasında mühüm həlqə olan Bakı-Tbilisi Qars dəmir yolunun açılması Azərbaycan üçün daimi kapitaldır, daimi gəlir mənbəyidir, siyasi mövqedir, ictimai, iqtisadi, siyasi sabitliyin ən vacib amillərindən biridir.

1news.az

 

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər