Bolqarıstanın vitse-prezidenti Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstanın vitse-prezidenti Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşüb

17:23 - 31 / 10 / 2017
Bolqarıstanın vitse-prezidenti Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşüb

Bolqarıstanın vitse-prezidenti İliana Yotova Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görüşdə 2019-cu ildə Sofiyada keçiriləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq, müasir medianın cəmiyyətdə rolu, yalan xəbərlərlə mübarizə kimi məsələlər diqqət mərkəzində olub. “Mən çox istərdim ki, media qabaqcıl, qərəzsiz və obyektiv olsun. İndiki dövrdə həqiqəti əks etdirən xəbərlərə böyük ehtiyac var. Yalan xəbərlər bütün cəmiyyətə, iqtisadiyyata, sosial həyata mənfi təsir göstərə bilər”, - deyə İliana Yotova qeyd edib.

O bildirib ki, Dünya Xəbər Agentlikləri Konqresi media sahəsində əlamətdar hadisələrdən biridir və Bolqarıstan hökumətinin diqqətindədir.

BTA agentliyinin baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Maksim Minçev 2019-cu ildə Sofiyada keçiriləcək VI Konqres haqqında məlumat verib, bu böyük media tədbirində dünyanın hər yerindən informasiya agentliklərinin iştirak edəcəyini deyib.

AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov bildirib ki, V Konqres ötən ilin noyabrında Heydər Əliyev Fondu və AZƏRTAC tərəfindən Bakıda təşkil edilib. O, AZƏRTAC-ın VI Konqresin Sofiyada uğurla keçirilməsi üçün BTA agentliyinə lazımi dəstək göstərəcəyini vurğulayıb.

Eyni zamanda, baş direktor qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq getdikcə genişlənir. Bolqarıstan Prezidenti Rumen Radevin Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü, dövlət başçılarının səsləndirdiyi bəyanatlar ikitərəfli əlaqələrin daha da möhkəmləndiyini göstərir.

Görüşdə, həmçinin jurnalistlərin təhlükəsizliyi, müəllif hüquqları, sosial media ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, oktyabrın 30-da Sofiyada Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib. İclasda VI Konqresə hazırlıq məsələləri müzakirə olunub, təşkilati işlərə baxılıb. AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edir. 2019-cu ildə sədrlik AZƏRTAC-dan Bolqarıstanın BTA agentliyinə keçəcək.

Babək Cahandarov

Paylaş:
683

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər