Dünya bazarlarında neft ucuzlaşır
Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 faiz azalaraq 54,01 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 faiz azalaraq 60,39 dollar olub.
Babək Cahandarov
492