Sülh Platforması qurultayının iştirakçıları Allahşükür Paşazadəyə və II Qareginə müraciət ediblər | 1news.az | Xəbərlər
Siyasət

Sülh Platforması qurultayının iştirakçıları Allahşükür Paşazadəyə və II Qareginə müraciət ediblər

11:48 - 31 / 10 / 2017
Sülh Platforması qurultayının iştirakçıları Allahşükür Paşazadəyə və II Qareginə müraciət ediblər

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının qurultayının iştirakçıları bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib.

1news.az-a Sülh Platformasının mətbuat xidmətindən verilən xəbərə görə, müraciətdə deyilir:

“Sizin mənəvi və ruhani idarəçiliyiniz altında olan iki xalq 30 ilə yaxındır ki, qarşılıqlı nifrət və düşmənçilik hissləri içərisində yaşamaqdadır. Sizə məlumdur ki, bu düşmənçiliyin əsası aşılanan kimi dərin və dayanıqlı deyil. Hətta müəyyən qüvvələr müəyyən bir dövr ərzində bu münaqişəyə milli və dini don geyindirməyə çalışsalar da, məhz Sizin birgə fəaliyyətiniz nəticəsində bu mənfur əməllərin qarşısı alınıb və bir daha təkrarlanmayıb.

Eyni zamanda, Sizin qarşılıqlı əməkdaşlığınızın nəticəsidir ki, bir çox hərbi əsirlər azadlığa buraxılaraq öz vətənlərinə qayıdıb. Ümidverici bir haldır ki, 2010-cu ildə Sizin qarşılıqlı əməkdaşlığınız nəticəsində Bakıda yerləşən Müqəddəs Maarifləndirici Qriqori kilsəsində ayin keçirilib. Bu və buna bənzər hallar bir daha onu göstərir ki, erməni və Azərbaycan xalqları arasında sülhü bərqərar etmək mümkündür. Məhz bu səbəbdən də Sizin hər iki xalq üzərində olan mənəvi nüfuzunuz qarşı tərəfləri daim sülhə dəvət etməli və bütün sülhquruculuğu təşəbbüslərinə dəstək olmalıdır".

Müraciətdə bildirilir ki, son dövrlərdə xüsusilə gərginləşən hərbi vəziyyət iki qonşu xalqın barışmasına və ədalətli sülh içində yaşamasına olan bütün ümidləri məhv etməli idi, lakin bu insanların arasında ümidini itirməyən və sülhə inanan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mövcud çətinliklərə baxmayaraq, sülh təşəbbüsü ilə çıxış etdilər:

"6 dekabr 2016-ci ildə bu insanlar Ermənistan-Azərbaycan Sülh Platformasının əsasını qoydular. Yarandığı gündən hər iki xalqın vətəndaş cəmiyyəti üzvlərini, ictimai siyasi xadimlərini, mətbuat nümayəndələrini sülh quruculuğu işinə cəlb edərək hər iki cəmiyyətdə bu ideyaları çətinliklə də olsa təşviq edir, yaranan təpkilərə baxmayaraq, öz işlərində inamla irəliləyirlər. Bütün bu fəaliyyət Ermənistan-Azərbaycan Sülh Platforması olaraq bizim daha səmərəli nəticələr naminə effektiv institutlaşmağımıza imkan verir.

30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və onun idarə heyəti, digər seçkili orqanları formalaşıb. Qurultay iştirakçıları adından Sizə müraciət edərək, bu müqəddəs işimizə xeyir-dua verməyinizi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması, insanların öz yurd-yuvalarına qayıtması, 25 ildən artıq davam edən düşmənçiliyə son qoyulması üçün sülh təşəbbüslərimizə dəstək verməyinizi xahiş edirik”.

S.Xankişiyeva

Paylaş:
646

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər