Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür – FOTO

11:55 - 31 / 10 / 2017
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür – FOTO

Bu gün şücaəti və qəhrəmanlığı ilə xalqımızın qəlbində özünə əbədi taxt quran, Vətən uğrunda canını fəda edən Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür.

Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Azərbaycan Respublikasının Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. Anası Sura xanım evdar qadın idi.

Koroğlu anadan olandan çoxx nadinc uşaq olub. O sanki gələcəkdə onu nələr gözlədiyini əvvəlcədən hiss edirmiş. Koroğlu birinci sinfə Yaqublu 7 illik məktəbinə gedib.

Atası İsmayıl müəllim Vətən deyib 1961-ci ildə öz dədə-baba yurdu olan Ermənistan Respublikasının Zəngibasar mahalının Sarcalar kəndinə köçüb. Koroğlu orta təhsilini qonşu kənddə- Həbilkənd orta məktəbində alıb. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Bakıya gəlib və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidmətini ADR-də başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlayıb.

1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı qurub. Koroğlunun üç övladı var: Rəşad, Samir, Ülviyyə və üç nəvəsi Koroğlu, Mətin və Əzizağa.

Koroğlu əmək fəaliyyətinə Makı Məişət Kondisionerləri zavodunda başlayıb. Koroğlu çox təvazökar, vətənpərvər və ailəcanlı idi. O, ermənilərin törətdikləri faciələrə biganə qala bilmədi: Vətən qeyrəti, ana-bacı namusu onu Vətən yolunda cavan canından keçməyə vadar etdi.

1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması,1990-cı ilin “20 Yanvar” hadisələri, 1992-ci ilin fevralın 25-26-da Xocalı soyqırımı Koroğlunun düşməndən qisas almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırdı.

O könüllü cəbhəyə getməyi qərara aldı. Qərarını atasına və həyat yoldaşına bildirir. Atası İsmayıl Rəhimov bu cür mərd, cəsur, qorxmaz oğul böyütdüyü üçün fəxr edir və ona xeyir-dua verir. Vətənimizi, ana- bacılarımızı ermənilərdən qorumağı ona tövsiyə edir, qoç Koroğlu kimi qəhrəman olmağı arzulayır.

1992-ci il martın 17-də Koroğlu Rəhimov könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılır.

1992-ci il aprelin 30-da Koroğlu Rəhimov “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillərdə əzbər oldu.

Koroğlu öz arzusu ilə Qarabağın qızğın döyüş gedən cəbhə bölgəsinə gedir. Goranboy rayonunun Buzlaq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsil qəhrəmanlıq göstərib. Həmin döyüş zamanı çoxlu düşmən məhv edildi, bir neçəsi əsir götürüldü, xeyli döyüş sursatı ələ keçirildi. Daha sonra Başkənd, Madagiz, Gülüstan kəndlərini də qəhrəman komandir düşməndən azad etdi. 1992-ci ilin iyulun 3-də Koroğlunun komandir olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu, Koroğlunun son döyüşü olur.

Ağdərə döyüşlərində də Koroğlu qəhrəmanlıqlar göstərir. O, Ağdərə yaxınlığındakı üçüncü sovxozu da erməni faşistlərindən azad edir. Döyüşə-döyüşə qəhrəmancasına həlak olan Koroğlunun ölüm xəbəri hamını sarsıdır.

Onun məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Ölümündən sonra “Azərbaycan”, “Vətən səsi”, “Azərbaycan Ordusu” və digər qəzetlərdə onun qəhrəmanlığı haqqında geniş məqalələr yazılıb.

Şəhid olandan iki il sonra 1994-cü il sentyabrın 16-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülür.

Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin “Koroğlunun Ağdərə  səfəri”, Əli Qurbaninin  “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” Sabir Arazlının “Koroğlu”  kitabları nəşr olunub, 2-ci sinif Oxu kitabında Milli Qəhraman Koroglu Rəhimov haqqında hekayə və Oqtay Rzanın “İki Koroğlu” şeri dərc edilib. Şagirdlər də onun qəhrəmanlığı qarşısında baş əyir və özlərini gələcəkdə Koroğlu kimi qəhrəman görmək istəyirlər.

Eyni zamanda Milli Qəhraman Koroglu Rəhimov haqqında “20-ci əsrin Koroglusu” və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin “Salnamə” film studiyasının “Vətənim Mənim” sənədli filimləri çəkilib.

Bakıdakı küçələrdən biri Koroğlu Rəhimovun adını daşıyır. Koroğlu küçəsindəki Xiyabanda Milli Qəhrəmana abidə ucaldılıb. Eyni zamanda Milli Qəhraman Koroglu Rəhimovun anadan olub boyüdüyü Oğuz rayonunda Milli Qəhramanın adını daşıyan küçə və oxuduğu məktəb hal-hazırda uşaq baxçası kimi fəaliyyət göstərən  Oğuz rayonu, Xaçmaz kənd uşaq baxçası Koroğlu Rəhimovun adını daşıyır.

Onun adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və nəsillərdən-nəsillərə keçəcək.

 

1news.az

 

Paylaş:
6036

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər