“Statoyl Azərbaycan” şirkətinin prezidenti Bakı Ali Neft Məktəbində | 1news.az | Xəbərlər
Cəmiyyət

“Statoyl Azərbaycan” şirkətinin prezidenti Bakı Ali Neft Məktəbində

12:16 - 31 / 10 / 2017
“Statoyl Azərbaycan” şirkətinin prezidenti Bakı Ali Neft Məktəbində

Norveçin dövlət neft şirkəti - “Statoyl”un Azərbaycan Nümayəndəliyinin prezidenti Favad Quraişi  və rəhbərlik etdiyi nümayəndə heyəti  Bakı Ali Neft Məktəbində (BANM)  olub.

1news.az xəbər verir ki, Ali Məktəbin rektoru Elmar Qasımov  qonaqları BANM-də salamlayıb və dəyirmi masa ətrafında geniş müzakirələrdən ibarət görüş keçirib.

Rektor görüş zamanı  “Statoyl”un  Azərbaycan neft-qaz sənayesində olan çoxillik təcrübəsini və bu sənayenin inkişafında rolunu vurğulayıb. Elmar Qasımov BANM və “Statoyl”un əvvəlki illərdəki sıx əməkdaşlığından danışıb və bu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyini və yeni mərhələyə qədəm qoyacağını qeyd edib.

Daha sonra rektor BANM-in tələbə auditoriyasının “Statoyl” şirkətinə  olan böyük marağından danışıb. Bu istiqamətdən çıxış edərək rektor Favad Quraişidən növbəti dəfə  BANM-ə səfər etməyi və tələbələr üçün “Liderlik və karyera” mövzusunda şəxsi təcrübəsinə əsaslanan mühazirə deməsini xahiş edib. 

“Statoyl Azərbaycan” şirkətinin prezidenti Favad Quraishi BANM tərəfindən olan isti münasibətə görə Elmar Qasımova öz təşəkkürünü bildirib və rektorun tələbələr üçün mühazirə demək istəyini böyük məmnuniyyətlə qəbul edib.

Daha sonra qonaq onu müşayiət edən “Statoyl” şirkətinin digər əməkdaşlarını - Rezervuar texnologiyaları üzrə baş müşavir Qürbət Ağayev, Maliyyə, kadrlar və biznes dəstəyi üzrə menecer Emin Xəlilov, Azəri-Çıraq-Günəşli yatağı və Bakı -Tbilisi - Ceyhan ixrac boru kəməri üzrə texniki menecer Endre İvarrud və İnformasiyanın idarəetmə olunması üzrə baş konsultant Nigar Məmmədovanı təqdim edib.

Qonaq Ali Məktəbin fəaliyyəti ilə yaxından tanış olub, onun tələbələrinin statistik bilik göstəricilərini yüksək qiymətləndirib, BANM-in tələbələrinin neft şirkətlərində olan istehsalat təcrübə proqramı ilə maraqlanıb. Qonaq yeni açılmış kampusu mütləq ziyarət edəcəyinə, böyük tələbə və müəllim-professor auditoriyası qarşısında çıxış edəcəyinə söz verib.

Qeyd edək ki, Favad Quraishi cari ilin 1 iyul tarixindən  “Statoyl” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.

1news.az

Paylaş:
745

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər