"Meksikanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməz olaraq qalır" | 1news.az | Xəbərlər
Siyasət

"Meksikanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməz olaraq qalır"

12:28 - 31 / 10 / 2017
"Meksikanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməz olaraq qalır"

Meksika Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marin Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Məmməd Talıbovla görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüş zamanı palata sədri Meksikanın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.

Bir neçə gün əvvəl müxalif MORENA və PRD siyasi partiyalarını təmsil edən üç meksikalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə toxunaraq, bu faktdan hədsiz dərəcədə təəssüfləndiyini qeyd edərək, həmin millət vəkillərinin hərəkətinin nə Meksika Deputatlar Palatası nə də həmin deputatlar aid olduqları siyasi partiyaların Konqresdəki qrupunun mövqeyini deyil yalnız və yalnız öz individual mövqeyini əks etdirə bildiyini deyib. O, görüşdə iştirak edən Konqresin Xarici Əlaqələr Komissiyası sədrindən məsələnin araşdırılması və bu kimi halların gələcəkdə baş verməməsi məqsədilə müvafiq tədbirlərin görülməsini xahiş edib.

Azərbaycan diplomatı öz növbəsində həmsöhbətinə münaqişə və ölkəmizə qarşı Ermənistanın təcavüzü barədə dolğun məlumat verdi, rəsmi Yerevanın növbəti təxribatı olan sözügedən hadisənin Ermənistan hökumətinin qeyri-konstruktiv xarakterini bir daha ifşa etmiş olduğunu bildirib.

Ramirez Marin Meksikanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz qaldığını qeyd edərək, Deputatlar Palatasının münaqişə üzrə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tələb edən dörd qətnaməsini dəstəklədiyini vurğulayıb.

Görüş və Meksika Deputatlar Palatasının qeyd olunan mövqeyi barədə məlumat həm Konqresin, həm də onun sədri Marinin sosial şəbəkələrdə rəsmi səhifələrində yayılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin tapşırığına uyğun olaraq ölkəmizin Meksikada səfirliyi məsələni araşdırdıqdan sonra dərhal Meksika Xarici İşlər Nazirliyinə diplomatik nota, Deputatlar Palatasının sədri və burada Azərbaycan-Meksika Dostluq Qrupunun sədrinə isə məktublarla müraciət edərək Meksika millət vəkillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri ilə bağlı rəsmi Bakının ciddi narahatlığını çatdırıb, bu kimi səfərlərin təxribat xarakterli və qəbuledilməz olduğunu bildirərək, həmin halın araşdırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini tələb edib.

Onu da xatırladaq ki, Meksika Deputatlar Palatası tərəfindən 6 sentyabr 2011-ci il tarixində qəbul olunmuş qətnamə Ermənistanı BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini yerinə yetirməyə çağırır.

P.Sultanova

Paylaş:
666

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər