Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı açıqlama
Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin möhkəmlənəcəyini istisna etmir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Mərkəzi Bankın sədri bildirib:
"Bu gün biz görürük ki, manatın məzənnəsi möhkəmlənmək istiqamətindədir. Bunun səbəbi odur ki, ödəmə balansının vəziyyəti çox yaxşıdır, neftin qiymətləri münasibdir".
E.Rüstəmovun sözlərinə görə, manatın möhkəmlənməsi potensialı ucuzlaşmaya nisbətən daha çoxdur.
S.Xankişiyeva
785