Tanınmış rəqqasə: “Ərim oriental rəqsimə görə məni boşadı” – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Tanınmış rəqqasə: “Ərim oriental rəqsimə görə məni boşadı” – FOTO – VİDEO

13:41 - 01 / 11 / 2017
Tanınmış rəqqasə: “Ərim oriental rəqsimə görə məni boşadı” – FOTO – VİDEO

Rəqqasə Aytın ARB TV-nin “Boş anlar” verilişinin qonağı olub.

1news.az  xəbər verir ki, peşəkar fəaliyyəti ilə yanaşı şəxsi həyatından da danışan tanınmış rəqqasə ailə həyatının dağılmasına da aydınlıq gətirib:

“3 il Küveytdə yaşamışam. Orada oriental rəqsin sirlərini öyrəndim və bura gələndən sonra rəqslə ciddi məşğul olmağa başladım. Yoldaşım da bunu qəbul edə bilmədi və 4 ay sonra boşandıq. Əslində heç sevib evlənməmişdik də. O, mənim sənətimi qəbul edə bilmirdi. Özümü onun yerinə qoyanda mən də qəbul edə bilmirdim. Sənətimi ancaq sevdiyim insana qurban verərəm”.

1news.az

Paylaş:
2664

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər