“Statoyl Azərbaycan” Bakı Ali Neft Məktəbində seminar keçirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Statoyl Azərbaycan” Bakı Ali Neft Məktəbində seminar keçirdi

14:53 - 01 / 11 / 2017
“Statoyl Azərbaycan” Bakı Ali Neft Məktəbində seminar keçirdi

Bakı Ali Neft Məktəbində (BANM) Norveç dövlət neft şirkəti - “Statoyl” tərəfindən “Late Life Reservoir Management” – “Yatağın sonrakı istismarının idarə olunması” mövzusunda seminar keçirib.

1news.az-ın məlumatına görə, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, “Statoyl Azərbaycan” şirkətinin rəhbəri cənab Favad Quraişi və onun rəhbərlik etdiyi nümayəndə heyəti, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak edib.

Seminar “Statoyl” şirkətinin Rezervuar texnologiyaları üzrə baş müşaviri, neft sənayesində 30 ildən çox təcrübəyə malik həmyerlimiz Qürbət Ağayev tərəfindən keçirilib.

Rektor Elmar Qasımov tədbir iştirakçılarını salamlayıb və “Statoyl Azərbaycan” tərəfindən bu cür əhəmiyyətli və lazımlı seminarın keçirilməsində göstərilən təşəbbüsə görə şirkətin prezidenti Favad Quraishiyə və Qürbət Ağayevə öz təşəkkürünü bildirib.

Qürbət Ağayev böyük həvəslə BANM-in tələbələrinə “Statoyl” şirkətinin fəaliyyəti, daha sonra isə şimalın ən böyük neft yatağı olan “Statjford”un yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yolu, fəaliyyət istiqamətləri və uğurları haqqında danışıb. O iştirakçılarla neft-qaz sahəsinin strukturu, sahə drenaj strategiyaları, depressurizasiya (qapalı sahədə qaz təzyiqinin azaldılması), rezervuar parametrləri, bu istiqamətdə cari trendlər və digər mövzular üzrə tələbələrə geniş məlumat verib.

Qeyd edək ki, Q.Ağayev Azərbaycan, Russiya və Norveçdə müxtəlif şirkətlərdə elmi tədqiqatçı və rezervuar mühəndisi kimi 12 illik təcrübədən sonra 1999-cu ildə “Statoyl” şirkətinə qoşulub. O həm “Statoyl”un, həm də partnyor şirkətlərin istismarında olan yataqlar üzrə Norveçdə və onun hüdudlarından kənarda böyük təcrübəyə malikdir.

Sonda BANM-in tələbələri “Statoyl”un əməkdaşına onları maraqlandıran sualları ünvanlayıblar.

Babək Cahandarov

Paylaş:
644

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər