Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıb

19:14 - 01 / 11 / 2017
Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıb

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT baş katibinə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, BMT Baş Assambleyasının 72-ci sessiyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, “Milli və beynəlxalq səviyyədə qanunun aliliyi” və digər gündəlik mövzularına uyğun olaraq ünvanlanan məktubda Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar, münaqişənin humanitar və başqa aspektləri, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər və buna görə üçüncü tərəflərin məsuliyyəti və digər məsələlər müfəssəl şəkildə fundamental faktlarla izah olunub və bu xüsusda, Ermənistanın iddialarının əsassızlığı bir daha ifşa edilib.

Məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər