Fuad Muradov: Avropa İttifaqı Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Fuad Muradov: Avropa İttifaqı Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir

11:26 - 01 / 11 / 2017
Fuad Muradov: Avropa İttifaqı Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir

Avropaya inteqrasiyanın qapıları onların standartlarına cavab verənlər üçün açıq olmalıdır. Ermənistan Avropa İttifaqının inteqrasiyasına nümunə ola bilməz.

Ermənistan “Şərq Tərəfdaşlığı”nın digər üzv ölkəsinin ərazisini işğal edən dövlətlə eyni komandada yer alır. Bu, yolverilməzdir. Avropa İttifaqı Ermənistana qarşı real hərəkətə keçməli, ciddi iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Avronest Parlament Assambleyasının VI sessiyasının plenar iclasında çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal etməsi ölkəmizin Avropa yolunda Avropa İttifaqı ilə Azərbaycan arasında bütün sahələr üzrə dinamik əməkdaşlığına zərər vurur.

F.Muradov bildirib ki, Azərbaycan Avropa İttifaqı və onun institutları ilə münasibətlərin inkişafında, dərinləşməsində maraqlıdır. Azərbaycan və Aİ arasında həmişə iqtisadi, siyasi və mədəni sahədə yaxşı dialoq mövcud olub.

“Azərbaycan Avropa İttifaqı ilə terrorizmə qarşı mübarizədə səmimi əməkdaşlıq edib, enerji sahəsində də Aİ-nin mühüm tərəfdaşıdır. Azərbaycanın həyata keçirdiyi layihələr Avropa İttifaqı ölkələrinin enerji təchizatının şaxələndirilməsində həlledici əhəmiyyətə malikdir. Oktyabrın 30-da Asiya və Avropa arasında ən qısa və ən etibarlı nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətə başladı. Bu, Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat əlaqələrində mühüm addımdır”, - deyə F.Muradov əlavə edib.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

S.Xankişiyeva

Paylaş:
621

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər