İlham Əliyev: Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əməkdaşlıq formatı mövcuddur – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əməkdaşlıq formatı mövcuddur – YENİLƏNİB

14:42 - 02 / 11 / 2017
İlham Əliyev: Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əməkdaşlıq formatı mövcuddur – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çox yaxşı əlaqələrin, yüksək səviyyəli əməkdaşlıq formatının mövcud olduğunu deyən dövlətimizin başçısı Monteneqro Prezidenti və Baş nazirinin Azərbaycana, özünün isə Monteneqroya səfərlərini məmnunluqla xatırladı, həmçinin müxtəlif nazirlər və digər rəsmi şəxslərin də qarşılıqlı səfərlər həyata keçirdiyini qeyd etdi və bütün bu səfərlərin ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev ölkələrimizin iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət və turizm daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini dedi. Azərbaycan ilə Monteneqro arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış memoranduma toxunan dövlətimizin başçısı bu istiqamətdə işlərin uğurla aparıldığını qeyd etdi, memorandumun bu baxımdan çox faydalı olacağına ümid etdiyini bildirdi.

Həm Azərbaycanın, həm də Monteneqronun inkişaf etmiş turizm infrastrukturuna malik olduğunu bildirən Prezident İlham Əliyev hər iki istiqamətdə daha çox turistlərin gəlməsinə ehtiyac olduğunu qeyd etdi.

Azərbaycana ilk dəfədir ki, səfər etdiyini vurğulayan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç ölkəmizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin onda dərin təəssürat yaratdığını bildirdi. Səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməkdən şərəf duyduğunu deyən Srcan Darmanoviç ulu öndərin Azərbaycanın inkişafında böyük rol oynadığını vurğuladı, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini və ölkənin sürətli inkişafına nail olduğunu dedi.

Dövlətimizin başçısı Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin Bakıya səfərinin ölkəmizlə bağlı daha çox təəssüratlar əldə etməsi baxımından önəmli olacağına əminliyini bildirdi.

1news.az

Paylaş:
631

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər