Prezident Xalq Artisti Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Xalq Artisti Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib – FOTO

14:56 - 02 / 11 / 2017
Prezident Xalq Artisti Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib – FOTO

Prezident İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 28-də Rauf Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

R.Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə təltif edilib.

R.Abdullayev Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor, Azərbaycanın xalq artisti, “Dövlət mükafatı” və “Şöhrət” ordeni laureatıdır.

Babək Cahandarov

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər