Elmar Məmmədyarov İtaliya Senatının sədr müavinini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İtaliya Senatının sədr müavinini qəbul edib

21:12 - 02 / 11 / 2017
Elmar Məmmədyarov İtaliya Senatının sədr müavinini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilərək qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açılıb, tərəflər bu səfərin parlamentlərarası əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılaraq iki ölkə arasında siyasi, iqtisadi, enerji, habelə mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlığın hazırkı inkişaf səviyyəsinin xalqlarımızın maraqlarına cavab verdiyi qeyd olunub. Bu xüsusda, ölkələrimiz arasında mövcud siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi təqdir edilərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İtaliyanın Avropa İttifaqında Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğu qeyd olunaraq Cənub Qaz dəhlizinin vacib komponenti olan TAP layihəsinin strateji əhəmiyyətinə toxunulub, TAP layihəsi çərçivəsində işlərin qrafikə uyğun olaraq vaxtında başa çatdırılacağına ümid ifadə olunub. L. Lanzillotta TAP layihəsinin İtaliya və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik layihə olduğunu bildirib.

E. Məmmədyarov Bakının “EXPO 2025”-ə namizəd şəhərlərdən olduğunu qeyd edərək son illər ərzində paytaxt Bakı və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. 

Xanım Linda Lanzillotta Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfəsinin, dünyəvi dövlət olaraq yürütdüyü mötədil siyasətinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə həmçinin parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
780

Son xəbərlər

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42
Bütün xəbərlər