İqtisad Universitetinin özünüidarə statusu ləğv edilib | 1news.az | Xəbərlər
Rəsmi

İqtisad Universitetinin özünüidarə statusu ləğv edilib

20:11 - 02 / 11 / 2017
İqtisad Universitetinin özünüidarə statusu ləğv edilib

Prezident İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 356) ləğv edilsin”.

1news.az

Paylaş:
830

Son xəbərlər

Bütün xəbərlər