Şəhriyar Məmmədyarov dünyanın ikinci ən güclü şahmatçısıdır | 1news.az | Xəbərlər
İdman

Şəhriyar Məmmədyarov dünyanın ikinci ən güclü şahmatçısıdır

10:57 - 02 / 11 / 2017
Şəhriyar Məmmədyarov dünyanın ikinci ən güclü şahmatçısıdır

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib.

1news.az-ın məlumatına görə, bu gün Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov əmsalını 2801,5 çatdırıb. Bununla da, o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799) qabaqlayıb.

Hazırda Məmmədyarov yalnız dünya çempionu, norveçli Maqnus Karlsendən (2837) geri qalır.

Qeyd edək ki, bu uğuru ilə Azərbaycanın şahmat tarixinə düşüb. Belə ki, bu günə qədər Azərbaycan şahmatçılarından heç biri belə yüksək nəticə göstərməyib.

Babək Cahandarov

Paylaş:
3743

Son xəbərlər

Bütün xəbərlər