Əfqanıstan hərbçiləri Azərbaycanda təhsil ala biləcəklər | 1news.az | Xəbərlər
Rəsmi

Əfqanıstan hərbçiləri Azərbaycanda təhsil ala biləcəklər

19:57 - 03 / 11 / 2017
Əfqanıstan hərbçiləri Azərbaycanda təhsil ala biləcəklər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

1news.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” saziş 2017-ci il martın 29-da Bakı şəhərində və mayın 13-də Kabil şəhərində imzalanıb.

1news.az

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər