SOCAR: Dənizə düşən neftçi ölüb
Bu gün səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.
1news.az-a SOCAR-dan verilən məlumata görə, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.
Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
S.Xankişiyeva
829